QARABAĞDA UĞURLU LAYİHƏMİZ — HADRUT QƏSƏBƏSİNDƏ 5 ƏDƏD ARTEZİAN QUYUSU
QARABAĞDA UĞURLU LAYİHƏMİZ — HADRUT QƏSƏBƏSİNDƏ 5 ƏDƏD ARTEZİAN QUYUSU Algo Azerbaijan MMC — Qarabağın dirçəlişinə, əhalinin içməli su təminatına və dayanıqlı gələcəyə töhfəmiz! Xocavənd rayonunun Hadrut qəsəbəsində əhalinin içməli suya olan tələbatının ödənilməsi və etibarlı su təminatının yaradılması məqsədilə Algo Azerbaijan MMC tərəfindən 5 ədəd artezian quyusunun qazılması və təchizatı layihəsi həyata keçirilmişdir. Layihə çərçivəsində müasir qazma texnologiyalarından istifadə edilərək ümumi dərinliyi 170 metr olan artezian quyuları qazılmış, zəruri qoruyucu və istismar boruları quraşdırılmış, suyun yer səthinə çatdırılması üçün nasos sistemləri nəzərdə tutulmuş texniki göstəricilərə uyğun şəkildə təchiz edilmişdir. Layihənin əsas texniki göstəriciləri * Quyuların sayı: 5 ədəd artezian quyusu * Mühafizə borusu: 426 mm diametr * İstismar borusu: 219 mm diametr * Nasos məhsuldarlığı: 16 m³ * Ümumi quyu dərinliyi: 170 metr Bu layihə əhalinin içməli su ehtiyatlarının təmin edilməsinə, yaşayış şəraitinin yaxşılaşdırılmasına və Hadrut qəsəbəsinin infrastrukturunun inkişafına xidmət edir. Algo Azerbaijan MMC olaraq Qarabağda bərpa və quruculuq prosesinə töhfə verməkdən, mühəndislik təcrübəmizi insanların rifahına xidmət edən layihələrdə tətbiq etməkdən qürur duyuruq. Qarabağda quruculuq, Hadrutda etibarlı su təminatı, gələcəyə inamla! Algo Azerbaijan MMC — Keyfiyyətli mühəndislik. Etibarlı su təminatı. Dayanıqlı gələcək.


