Bakı və regionlara çatdırılma, istəyə görə quraşdırma

Səbət

Səbət boşdur

Nasosları kataloqdan seçib səbətə əlavə edin.

Kataloqa keç

QARABAĞDA UĞURLU LAYİHƏMİZ — ZƏNGİLANDA 4 ARTEZİAN QUYUSU UĞURLA TAMAMLANIB!

ZƏNGİLAN RAYONUNDA İÇMƏLİ SU TƏCHİZATI LAYİHƏSİ UĞURLA TAMAMLANMIŞDIR Algo Azerbaijan MMC — Keyfiyyətli mühəndislik, etibarlı su təminatı və dayanıqlı gələcək! Zəngilan rayonunda otellərin və yaşayış məntəqələrinin fasiləsiz və etibarlı içməli su ilə təmin edilməsi məqsədilə Algo Azerbaijan MMC tərəfindən 4 ədəd müasir artezian quyusunun qazılması və quraşdırılması işləri uğurla həyata keçirilmişdir. Layihə çərçivəsində yüksək texniki tələblərə uyğun qazma, quyu konstruksiyasının qurulması, qoruyucu boruların quraşdırılması və güclü nasos sistemlərinin montajı işləri peşəkar səviyyədə icra edilmişdir. Layihənin əsas texniki göstəriciləri: * 560 mm diametrli qazma: 30 metr dərinliyədək qazma işləri aparılmışdır. * 426 mm qoruyucu boru: Quraşdırılmış və boru arxası tam betonlanaraq qrunt sularının quyuya daxil olmasının qarşısı alınmışdır. * 219 mm diametrli boru: Qoruyucu borunun daxilində əlavə 140 metr qazma aparılmış və müvafiq boru quyuya endirilmişdir. * Nasos sistemi: Nasos 60 metr dərinliyə quraşdırılmışdır. * Su qaldırma sistemi: 40 m³ göstəricili nasos sistemi və 159 mm diametrli paslanmayan polad suqaldırıcı boru ilə təchiz edilmişdir. Dörd artezian quyusu — vahid keyfiyyət standartı Zəngilan rayonunda bu texniki göstəricilərə uyğun 4 ədəd artezian quyusunun qazılması və quraşdırılması işləri Algo Azerbaijan MMC tərəfindən uğurla tamamlanmışdır. Bu layihə şirkətimizin mürəkkəb mühəndislik işlərinin icrası, müasir qazma texnologiyalarının tətbiqi və su təchizatı infrastrukturunun yaradılması sahəsində təcrübəsini və peşəkarlığını nümayiş etdirir. Algo Azerbaijan MMC — bu günün layihələri, sabahın etibarlı infrastrukturu! Biz ölkəmizin inkişafına töhfə verən, insanların həyat keyfiyyətini yüksəldən və dayanıqlı su təminatını dəstəkləyən layihələrin həyata keçirilməsində etibarlı tərəfdaş olmaqdan qürur duyuruq.